Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbbin qılıncı qanla, quzu və təkə qanı ilə doydu, Qoç böyrəklərinin yağı ilə piy bağladı. Çünki Rəbb Bosrada qurban, Edomda isə böyük qırğın hazırlayıb. «Başını çılpaq təpələrə tərəf qaldırıb bax. Sevişmədiyin yer varmı? Səhrada yaşayan bədəvi kimi Yol kənarında oturdun və oynaşlarını gözlədin. Zinakarlığın və pisliklərinlə ölkəni murdar etdin. “Çılpaq təpələr üzərində bir səs – İsrail övladlarının Ağlaşma və yalvarışları eşidilir, Çünki onlar yollarını azdı, Özlərinin Allahı Rəbbi unutdu. Çünki Rəbb belə deyir: “Yas evinə girmə, ağlamaq üçün getmə, başsağlığı vermə, çünki bu xalqın arasından Öz sülhümü, məhəbbətimi və mərhəmətimi götürdüm” Rəbb belə bəyan edir. Rəbb belə deyir: “Qorxu səsi eşitdik, Asayiş deyil, dəhşət səsi.
Выбор основного перевода