Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ey İsrailin Allahı Rəbb, Sən adilsən! Bugünkü kimi biz kiçik bir dəstə halında sağ qalmışıq. Budur, Sənin qarşında günah içindəyik və buna görə heç birimiz Sənin qarşında dayana bilmirik». Soyğunçuların çadırlarında rahatlıq var, Allahı qəzəbləndirənlər əmin-amanlıqdadır, Axı onlar Allaha yox, öz qollarına arxalanır. Amma istəyirəm Külli-İxtiyarla danışım, Allahla mübarizə aparım. Pislər nə üçün yaşayır? Yaşlandıqca niyə gücləri artır? Övladları ətrafında, Nəsilləri gözlərinin qarşısında sapsağlamdır. Evlərində əmin-amanlıqdır, qorxudan uzaqdır, Allahın dəyənəyi onlara dəymir. Öküzləri cütləşir, qarınları boş qalmır, Doğar inəkləri var, bala salmaz. Övladlarını sürü tək yola salır, Uşaqları oynaşır. Dəf və lira çalaraq nəğmə deyirlər, Tütək səsi ilə şənlənirlər. Ömürlərini firavan keçirirlər, Ölülər diyarına rahat gedirlər. Allaha belə deyirlər: “Bizdən uzaq ol, Yolunu tanımaq istəmirik. Kimdir Külli-İxtiyar, biz Ona qulluq edək? Əgər Ona dua etsək, bizə nə fayda verər?” Xalqın firavanlığı dağlardan aşsın, Salehlər təpələri dolaşsın. Padşah xalq arasında olan məzlumları qorusun, Fəqirləri xilas etsin, Zalımları əzsin. Nə qədər günəş və ay varsa, Hər gələn nəsil qoy Səndən qorxsun. Biçilən tarlaya yağış kimi, Torpağı suvaran gur yağış kimi tökülsün. Bu padşahın ömrü boyu qoy salehlər çiçək açsın, Göydə ay durduqca qoy firavanlıq artsın. Dənizdən-dənizə qədər, Fəratdan yer üzünün qurtaracağınadək hər yerdə hökmranlıq etsin. Onun qarşısında köçəri xalqlar diz çöksün, Düşmənləri isə qoy yerə vurulsun. Tarşişin və adaların padşahları ona xərac gətirsin, Səba və Seva padşahları ona bəxşiş versin. Qarşısında bütün padşahlar təzim etsin, Qoy bütün millətlər ona xidmət etsin! Çünki o imdad deyib çağıran fəqirləri, Məzlumları, köməksizləri qurtarır. Gözlərinlə baxacaqsan, Pislərin cəzasını görəcəksən. Quşlarla dolu qəfəs kimi Onların evləri hiylə ilə doludur. Bunun sayəsində yüksəldilər, varlandılar. Onlar piylənib, yoğunlaşıb, Pis işlərlə hədlərini aşıb, Məhkəmə işlərini, Yetimlərin işlərini Ədalətlə həll etmirlər ki, Qalib gəlsinlər. Yoxsulların haqqını müdafiə etmirlər». Ancaq, ey Ordular Rəbbi, Ürəkləri və fikirləri sınayan ədalətli Hakim, Mənə imkan ver ki, onlardan alacağın qisasını görüm! Çünki mən öz işimi Sənə tapşırdım. Bu şəhərin bütün var-dövlətini, qazancını, qiymətli şeylərini və Yəhuda padşahlarının bütün xəzinələrini düşmənlərə təslim edəcəyəm. Onları qarət edəcəklər, götürüb Babilə aparacaqlar. Ancaq Rəbb igid bir döyüşçü kimi mənimlədir. Buna görə də məni təqib edənlər büdrəyəcək, Qalib gələ bilməyəcək. Uğur qazana bilmədikləri üçün Böyük xəcalət çəkəcəklər. Rüsvayçılıq əbədi olacaq, Heç vaxt unudulmayacaq. Sənin gözlərin çox təmizdir, Şəri görən gözün yoxdur, Pis əməllərə dözə bilmirsən. Bəs xəyanətkarlara necə baxa bilirsən? Pis özündən daha salehin başını yeyəndə Axı niyə susursan? İndi biz məğrurları bəxtiyar sayırıq. Pislik edənlər işlərində uğur qazanır, Allahı sınayanlar da cəzadan qurtarır”».
Выбор основного перевода