Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10
Параллельные места
Bunlar adları ilə siyahıya düşən Levililərin ailə başçılarıdır. Rəbbin məbədinin xidmət işini görən Levililər iyirmi yaşında və bundan yuxarı yaşda idi. Buna görə də Davudun son sözlərinə görə iyirmi yaşında və bundan yuxarı yaşda olan Levililər siyahıya alındı. Onlar Zerubbabil, Yeşua, Nehemya, Seraya, Reelaya, Mordokay, Bilşan, Mispar, Biqvay, Rexum, Baananın başçılığı ilə gəldilər. Sürgündən qayıdan İsraillilərin sayı: Yosadaq oğlu Yeşua ilə kahin qardaşları və Şealtiel oğlu Zerubbabillə qardaşları İsrailin Allahının qurbangahını qurdular ki, Allah adamı Musanın Qanununda yazıldığı kimi üstündə yandırma qurbanları təqdim edilsin. Lakin Zerubbabil, Yeşua və İsrailin digər nəsil başçıları onlara belə dedilər: «Allahımızın evini qurmaq üçün sizin bizimlə heç bir ortaq işiniz yoxdur. Biz özümüz əlbir olaraq Fars padşahı Kirin əmrinə əsasən İsrailin Allahı Rəbbə məbəd tikəcəyik».
Выбор основного перевода