Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10
Параллельные места
Əgər kimsə verdiyi əhdə görə yaxud könüllü təqdim olaraq qurban gətirərsə, qurbanın əti kəsildiyi gün yeyilsin, qalan hissəsi isə sabahkı gün yeyilə bilər, Onlara de: “Rəbbə verəcəyiniz yandırma təqdimi budur: daimi yandırma qurbanı olaraq hər gün iki birillik qüsursuz erkək toğlu. Hər ayın başında Rəbbə yandırma qurbanı olaraq qüsursuz iki buğa və bir qoç, birillik yeddi erkək toğlu təqdim edin. Hər buğa üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda üç efa narın un və tək qoç üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda iki efa narın un, hər toğlu üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda bir efa narın un təqdim edin. Bu, yandırma qurbanı Rəbbin xoşuna gələn ətir – Onun üçün yandırma təqdimidir. Onların içmə təqdimləri bir buğa üçün yarım hin, qoç üçün üçdə bir hin və bir toğlu üçün dörddə bir hin şərab olacaq. İl boyu hər yeni ayda veriləcək yandırma qurbanı budur. Daimi yandırma qurbanı və onun içmə təqdimlərindən başqa Rəbbə günah təqdimi olaraq bir təkə də təqdim edin. Əhdə görə və könüllü təqdimlərinizdən əlavə təyin olunan bayramlarınızda Rəbbə bu yandırma qurbanlarınızı, taxıl təqdimlərinizi, içmə təqdimlərinizi və ünsiyyət qurbanlarınızı təqdim edin”». Yandırma qurbanlarınızı, ünsiyyət qurbanlarınızı, qazancınızın onda bir hissəsini, qaldırma təqdimlərinizi, əhd etdiklərinizi, könüllü təqdimlərinizi, mal-qara və qoyun-keçilərinizin ilk balalarını oraya gətirin.
Выбор основного перевода