Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Екклесиаст
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Həyatımdan bezmişəm, Uzun ömür istəmirəm. Məndən əlini çək, Ömrümün mənası getdi. Mənim qəddim əyilib, ikiqat bükülmüşəm, Gün boyu yaslı gəzirəm. Çünki belim qızdırmadan yandı, Bədənimdə sağ yer qalmadı. Ona görə ruhdan düşmüşəm, Bu dəhşət qəlbimi sarsıtdı. Vaiz deyir: «Hər şey puçdur, tamam puçdur». Çünki yaradılış öz iradəsi ilə deyil, onu Təslim Edənin iradəsi ilə puçluğa təslim edildi. Amma ümidvardır ki, Gözlərimizi görünən şeylərə deyil, görünməyən şeylərə dikirik. Çünki görünənlər gəldi-gedər, görünməyənlərsə əbədidir. İnsanın səma altında çəkdiyi bütün zəhmətlərin, ürəyindəki qayğıların ona nə faydası var? İşləyən adama zəhmət çəkib gördüyü işin nə faydası var?
Екклесиаст
1 2 3 4 5 6 7 8 9 10 11 12
Выбор основного перевода