Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Екклесиаст
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Ürəyimdə niyyət etdim ki, göylər altında edilən bütün işləri hikmətlə öyrənib araşdırım. Bu çətin işi üzərində zəhmət çəkmək üçün Allah insanlara verib. Səma altında edilən bütün işlərə nəzər saldım və bildim ki, onların hamısı puçdur, külək dalınca qaçmağa bənzər. Hələ ağlım başımda olarkən cəhd etdim ki, necə özümü şərabla şənləndirib ağılsız olum. Beləcə görmək istəyirdim ki, göylər altında insanlar üçün bir neçə günlük ömürlərində kef açan nədir. Sonra mən hikmət, dəlilik və ağılsızlığın Nə olduğuna dönüb baxdım. Bundan sonra padşah olan adam İndiyə qədər görülən işlərdən başqa Nə edə bilər ki? Mən ürəyimdə niyyət etdim ki, Hikməti və hər şeyin əsasını bilim, Axtarıb araşdırım, Bilim ki, pislik ağılsızlıqdır, Ağılsızlıq isə dəlilikdir.
Екклесиаст
1 2 3 4 5 6 7 8 9 10 11 12
Выбор основного перевода