Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Екклесиаст
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
İnsanın səma altında çəkdiyi Bütün zəhmətlərinin nə faydası var? Mən etdiyim bütün işlərə, Nail olmaq üçün çəkdiyim bütün zəhmətlərə dönüb baxdım: Gördüm ki, hər şey puçdur, Külək dalınca qaçmağa bənzər. Səma altında bunların faydası yoxdur. Beləcə həyata nifrət etdim, Çünki səma altında edilən işlər Mənim üçün dərddir. Hər şey puçdur, Külək dalınca qaçmağa bənzər. Allah hikməti, biliyi və şadlığı razı qaldığı adama verir. Günahkarlara isə var-dövlət yığıb-toplamaq zəhmətini verir ki, sonra onu Özünün razı qaldığı adama bəxş etsin. Bu da puçdur, külək dalınca qaçmağa bənzər. Mən gördüm ki, bir adamın çəkdiyi bütün zəhmətlər, yaxşı gedən bütün işlər qonşusunda qısqanclıqdan həvəs yaradır. Bu da puçdur, külək dalınca qaçmağa bənzər. Gözün görməsi ürəyin istəməsindən yaxşıdır. Bu da puçdur, külək dalınca qaçmağa bənzər.
Екклесиаст
1 2 3 4 5 6 7 8 9 10 11 12
Выбор основного перевода