Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Pis adamlarsa belə deyil, Onlar yelin sovurduğu saman çöpünə bənzəyər. Səni tanıyanlara məhəbbətini, Ürəyidüz olanlara salehliyini daima göstər. Axır zamanda Rəbbin evi olan dağ Dağların zirvəsində möhkəm duracaq, Təpələrdən yuxarı ucalacaq. Bütün millətlər ona sarı gələcək. Çox xalqlar gəlib deyəcək: «Gəlin Rəbbin dağına, Yaqubun Allahının evinə qalxaq, Qoy Rəbb bizə Öz yollarını öyrətsin, Biz Onun rizləri ilə gedək». Siondan Rəbbin təlimi, Yerusəlimdən Onun kəlamı yayılacaq. Buna görə də səhər dumanı, Erkən uçub gedən şeh, Xırmanda sovrulan saman çöpü, Bacadan çıxan tüstü kimi olacaqlar. Bu daşın üstünə yıxılan kəs parçalanacaq, daş isə kimin üzərinə düşərsə, onu əzəcək». Amma İsa onların gözlərinin içinə baxıb dedi: «Bəs bu Yazının mənası nədir? “Bənnaların rədd etdiyi daş Guşədaşı olub”. Bu daşın üstünə yıxılan hər kəs parçalanacaq, daşsa kimin üzərinə düşərsə, onu əzəcək». Enən də Odur, hər şeyi bütövləşdirmək üçün bütün göylər üzərinə çıxan da Odur. Böyük ağ taxt və onun üstündə Oturanı gördüm. Yer və göy Onun önündən qaçdı və onlara yer tapılmadı.
Выбор основного перевода