Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Rəbb yoxsulluq və var-dövlət göndərir, Alçaldır və yüksəldir. O, yoxsulları toz-torpağın içindən götürür, Fəqirləri küllükdən çıxarır. Onları hökmdarların yanında əyləşdirir, Onlara irs olaraq şərəf taxtını verir. Çünki Rəbb yerin təməlini qoydu, Onun üzərində dünyanı qurdu. Padşah adəti üzrə qayda-qanun bilənlərə müraciət edərdi, ona görə də müdrik adamlarla məsləhətləşdi. Padşahların bağladığı bağı açar, Bellərinə qurşaq salar. Sənin Müqəddəs məkanına od vurdular, Adının sakin olduğu yeri uçurub murdarladılar. «Bu xalqı biz birgə əzməliyik» deyə düşünərək Ölkədəki bütün səcdəgahları yandırdılar. Çünki Rəbb hikmət verir, Onun ağzından bilik və dərrakə çıxır. O ucadan elan edib dedi: “Bu ağacı kəsin, budaqlarını qırın, yarpaqlarını yolun və meyvəsini səpələyin. Qoy heyvanlar onun altından, quşlar isə budaqlarından qaçsın. Qoruyucu mələklər belə əmr edib, müqəddəs mələklər belə qərara gəlib ki, indi yaşayanlar bunu bilsin: insan padşahlıqları üzərində Allah-Taala hökmranlıq edir, padşahlığı kimə istəyir, ona verir və insanlar arasında ən aşağı olanı onlara başçı qoyur”. İsa cavab verdi: «Atanın hökmü ilə təyin olunan vaxtları və tarixləri bilmək sizin işiniz deyil. Hər kəs başçılıq edən hakimiyyətlərə tabe olsun. Çünki Allah tərəfindən təyin olunmayan hakimiyyət yoxdur; mövcud olan hakimiyyətlər Allah tərəfindən təyin olunub. Əgər sizlərdən birinin müdrikliyi çatışmırsa, hər kəsə səxavətlə və məzəmmət etmədən verən Allahdan diləsin və ona veriləcək.
Выбор основного перевода