Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Rəbb onlara dedi: «İndi sözlərimi dinləyin; Əgər aranızda bir peyğəmbər varsa, Mən Rəbb görüntüdə ona Özümü bildirərəm, Yuxuda onunla danışaram. Yuxuda, gecə röyalarında, İnsanlar dərin yuxuya qərq olanda, Yataqda yatanda İnsanın qulağını açır, Xəbərdarlıq edərək onu qorxudur ki, Dərin və gizli sirləri O açar, Qaranlıqda qalanı O bilər. İşıqla əhatə olunan Odur. Daniel padşahın önündə cavab verdi: «Padşahın soruşduğu sirri müdriklər, ruhçağıranlar, sehrbazlar və əlamət baxıcıları ona aça bilməz. Ancaq göylərdə sirləri açan bir Allah var və gələcəkdə nə olacağını padşah Navuxodonosora O bildirdi. Yatarkən gördüyün yuxu və görüntü belə idi: Ey padşah, sən öz yatağında düşünürdün ki, bundan sonra nə olacaq? Sirləri Açan da nə olacağını sənə göstərdi. Ondan sonra isə Bütün bəşər üzərinə Ruhumu tökəcəyəm. Oğullarınız və qızlarınız peyğəmbərlik edəcək, Ağsaqqallarınız röyalar, Cavanlarınızsa görüntülər görəcək. O saat böyük bir zəlzələ baş verdi və şəhərin onda biri dağıldı. Zəlzələdə yeddi min nəfər həlak oldu, qalanları isə qorxuya düşüb göydəki Allahı izzətləndirdilər. və öz iztirab və yaralarına görə göylərin Allahına küfr etdilər, lakin öz əməllərindən tövbə etmədilər.
Выбор основного перевода