Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Аввакум
1 2 3
Параллельные места
Dəniz yolu ilə, qamış qayıqları ilə Bu ölkə elçilər göndərir! Ey sürətli qasidlər, yola düşün! Çaylarla bölünmüş ölkəyə, Ucaboylu, parlaq dərili millətin, Hər yanda qorxu doğuran xalqın, Güclü və işğalçı millətin yanına gedin! O vaxt çaylarla bölünmüş ölkə Ucaboylu, parlaq dərili xalq, Hər yanda qorxu doğuran xalq Güclü və işğalçı millət Ordular Rəbbinə, Ordular Rəbbinin adını qoyduğu yerə – Sion dağına xərac gətirəcək. Xaldey ordusu onları təqib edib Yerixo düzənliyində Sidqiyaya çatdı. Sidqiyanı tutub Xamat torpağındakı Rivlaya, Babil padşahı Navuxodonosorun yanına gətirdilər. O, Sidqiya barədə hökm verdi. Babil padşahı Rivlada Sidqiyanın gözü önündə onun oğlanlarını öldürtdü. Babil padşahı bütün Yəhuda əyanlarını da öldürtdü. Sidqiyanın isə gözlərini kor etdi və onu Babilə aparmaq üçün zəncirlədi. Xaldeylilər padşah sarayını və xalqın evlərini yandırdılar, Yerusəlimin divarlarını uçurtdular. Keşikçilər rəisi Nevuzaradan şəhərdə sağ qalan xalqı, onun tərəfinə keçənləri – sağ qalan bütün əhalini Babilə sürgün etdi.
Аввакум
1 2 3
Выбор основного перевода