Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Аввакум
1 2 3
Параллельные места
Babil padşahı Navuxodonosor onun üstünə hücum etdi. Tunc zəncir vurub onu əsir etdi və Babilə apardı. Bahar gələndə Navuxodonosor onu Rəbbin məbədinin qiymətli əşyaları ilə birgə Babilə gətirtdi və Yehoyakinin qohumu Sidqiyanı Yəhuda və Yerusəlim üzərində padşah etdi. Kalnonu Karkemiş kimi ələ keçirmədimmi? Xamat və Arpad şəhərlərini süqut etdirmədimmi? Samariya ilə Dəməşq bizə təslim olmadılarmı? Səni görənlər gözlərini zilləyib Sənin haqqında düşünüb belə deyəcək: “Dünyanı sarsıdan, padşahlıqları lərzəyə salan, Şəhəri ələ keçirmək üçün divarlarının yanına torpaq qalaqları yığılır. Şəhər qılınc, aclıq və vəba üzündən oraya hücum edən Xaldeylilərə təslim ediləcək. Söylədiklərin yerinə yetdi, Sən də bunu görürsən! Onu mühasirəyə al, önündə mühasirə divarı tik, qarşısında torpaq qalağı düzəlt, ətrafında ordugahlar qur və ona qarşı hər tərəfdən qoçbaşı alətləri qoy. Ey Sur, o sənə tabe olan sahil şəhərlərində yaşayanları qılıncla öldürəcək, sənə qarşı mühasirə divarları, torpaq qalağı quracaq və sipərini əleyhinə qaldıracaq.
Аввакум
1 2 3
Выбор основного перевода