Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Аввакум
1 2 3
Параллельные места
O, işləri kamil Qayadır, Çünki bütün yolları haqdır, Sadiq Allahdır, heç zaman haqsızlıq etməz, Adil və doğru olan Odur. Pənahgahın əzəli əbədi Allahdır, Səni daim qollarında gəzdirər. Düşmənlərini qarşından qovar, “Yox et onları!” sənə deyər. Tezliklə onlar ot kimi quruyacaq, Yaşıl çəmən kimi tez solacaq. Deyirəm ki, məhəbbətin əbədiyaşardır, Sədaqətin göylər qədər sarsılmazdır. Hər səhər məhəbbətini elan etmək, Hər gecə sədaqətini bəyan etmək, «Vay Aşşurun halına, O Mənim qəzəb əsam, Əlindəki dəyənəksə qeyzimdir! Aşşuru göndərəcəyəm allahsız millətin üstünə, Qəzəbləndiyim xalqın üzərinə hücum etməyə, Qarət etməyə, talan malı götürməyə. Onları küçələrdəki palçıq kimi Tapdalamağa əmr verəcəyəm. Amma Aşşur padşahı Bundan da pis niyyətlər haqda düşünür, Bir neçə millətin kökünü kəsib məhv etməyi fikirləşir. Mənə cəza ver, ya Rəbb, Ancaq qəzəbinlə yox, ədalətinlə. Yoxsa məni heçə çıxardarsan. Qorxma, ey qulum Yaqub, Çünki Mən səninləyəm” Rəbb belə bəyan edir. “Səni aralarına sürgün etdiyim Millətlərin hamısını yox etsəm də, Səni tamamilə məhv etməyəcəyəm, Ədalətlə tərbiyələndirəcəyəm. Amma cəzasız qoymayacağam”». «Mən Rəbbəm və heç vaxt dəyişmirəm. Siz bunun üçün məhv olmadınız, ey Yaqub övladları!
Аввакум
1 2 3
Выбор основного перевода