Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9
Параллельные места
Ancaq Rəbb İsrail övladlarının heyvanları ilə Misirlilərin heyvanları arasında fərq qoyacaq. İsrail övladlarına məxsus olan heyvanlardan heç biri ölməyəcək”». Ancaq İsrail övladlarının yaşadığı Qoşen torpağına dolu yağmadı. Musa əlini göyə tərəf uzatdı və Misir torpağında üç gün qatı zülmət oldu. Üç gün heç kəs bir-birini görmədi və heç kəs yerindən tərpənə bilmədi. Bütün İsrail övladlarının yaşadıqları yerlər isə işıqlıq idi. Amma mülk olaraq almağa gedəcəyiniz torpaq dağlı-dərəli bir diyardır. Bu torpaq göydən yağış suyu içər. Bir müddət sonra vadi qurudu, çünki ölkədə yağış yağmırdı. Göyləri bağladığım və yağış olmadığı vaxt yeri yeyib qurtarsın deyə, çəyirtkəyə əmr etdiyim və xalqımın arasına vəba göndərdiyim zaman Buna görə də yağışların ardı kəsildi və yaz yağışı yağmadı. Tərs sifətli fahişəyə oxşadın, utanmaq istəmədin. hər yaxşı bəxşiş və hər kamil hədiyyə yuxarıdan, Özündə heç bir dəyişiklik ya dönüklük kölgəsi olmayan nurlar Atasından gəlir.
Выбор основного перевода