Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9
Параллельные места
Rəbb Sodom və Homorranın üzərinə göydən odlu kükürd yağdırdı, Mən Allah Sodomla Homorranı necə dağıtdımsa, Padşahlıqların ən gözəli olan, Xaldeylilərin calalı və qüruru olan Babili də elə yıxacağam. Yerusəlim peyğəmbərləri arasında Bu qorxunc işi gördüm: Zina edirlər, Yalan dalınca gedirlər. Zorakıların qoluna güc verirlər. Beləcə heç kəs pisliyindən dönmür. Hamısı Mənim üçün Sodom kimi, Şəhər xalqı Homorra kimi oldu». Ey Efrayim, səni necə əldən verim? Ey İsrail, səni necə təslim edim? Admaya etdiyimi sənə necə edim? Səni necə Sevoyim kimi edim? Köksümdə ürəyim alt-üst oldu, Mərhəmət hisslərim alovlandı. Rəbb Şeytana dedi: «Rəbb səni məzəmmət etsin, ey Şeytan, Yerusəlimi seçən Rəbb səni məzəmmət etsin. Bu adam oddan çıxarılmış, yarısı yanmış odun parçasına bənzəmirmi?» başqalarını oddan qaparaq xilas edin; digərlərinə isə mərhəmət edin. Amma qorxu içində cismin ləkələdiyi paltardan belə, çəkinin.
Выбор основного перевода