Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9
Параллельные места
Onlara de: “Rəbbə verəcəyiniz yandırma təqdimi budur: daimi yandırma qurbanı olaraq hər gün iki birillik qüsursuz erkək toğlu. Toğlulardan birini səhər, o birini isə axşamçağı təqdim edin. Hər üç ilin sonunda – üçüncü ildə bitən bütün məhsulunuzun onda bir hissəsini çıxarıb şəhərlərinizdə toplayın. Xudavənd Rəbb belə deyir: “Siz ey İsrail nəsli, gedin hər biriniz öz bütlərinizə qulluq edin. Ancaq bundan sonra Mənə qulaq asacaq, hədiyyələriniz və bütlərinizlə bir daha müqəddəs adımı ləkələməyəcəksiniz”. Ey İsrail, sən xəyanət etsən də, Heç olmasa Yəhuda təqsirkar olmasın. Qilqala getməyin, Bet-Avenə çıxmayın. “Var olan Rəbbin haqqı üçün” Deyib and içməyin. “Mən İsraillilərə günahlarına görə cəza verəcəyim gün Bet-Eldəki qurbangahı da cəzalandıracağam. O qurbangahın buynuzları kəsilib yerə tullanacaq. Bet-Elə dönməyin, Qilqala getməyin, Beer-Şevaya keçməyin, Çünki sürgün olunmaq hökmən Qilqala gəlir, Bet-El bir heçə dönəcək”.
Выбор основного перевода