Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Padşah və bütün xalq Rəbbin önündə qurbanlar kəsdi. Padşah Süleyman qurban olaraq iyirmi iki min baş mal-qara və yüz iyirmi min baş qoyun-keçi təqdim etdi. Beləliklə, padşah və bütün xalq Allahın məbədini təqdis etdi. Kahinlər öz vəzifələrinə görə dayandı, Levililər isə Rəbbin musiqi alətləri ilə durdu. Padşah Davud bunları düzəltmişdi ki, o, «Rəbbə şükür olsun, çünki məhəbbəti əbədidir» oxuyaraq həmd edəndə Levililər onlarda çalsın. Kahinlər onların qarşısında kərənaylar çalırdı və bütün İsraillilər ayaq üstə dayanmışdı. Süleyman Rəbbin məbədi önündəki həyətin ortasını təqdis etdi ki, yandırma qurbanları və ünsiyyət qurbanlarının piyini orada təqdim etsin. Çünki düzəltdiyi tunc qurbangah kiçik olduğu üçün yandırma qurbanları, taxıl təqdimləri və piy oraya yerləşməzdi. O vaxt Süleyman və onunla birgə çox böyük bir camaat – Xamat keçidindən Misir vadisinə qədər yaşayan bütün İsraillilər yeddi gün bayram etdi. Səkkizinci gün təntənəli toplantı oldu. Qurbangahın təqdisi yeddi gün, bayram da yeddi gün oldu. Yeddinci ayın iyirmi üçüncü günü Süleyman xalqı buraxdı. Rəbbin Davuda, Süleymana və xalqı İsrailə etdiyi yaxşılıqlara görə onlar sevinclə və şad ürəklə öz evlərinə getdi. İsrail övladları – kahinlər, Levililər və sürgündən qayıdanların hamısı bu Allah evinin təqdis mərasimini sevinclə qeyd etdilər. Allahın evinin təqdisi üçün yüz buğa, iki yüz qoç, dörd yüz quzu və bütün İsrail üçün qəbilələrinin sayına görə günah qurbanı olaraq on iki təkə təqdim etdilər.
Выбор основного перевода