Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Lakin Qohatlılara bir şey vermədi, çünki onların vəzifəsi müqəddəs əşyaları çiyinlərində daşımaqdır. Musa bu qanunu yazıb sonra Rəbbin Əhd sandığını aparan Levili kahinlərə və bütün İsrail ağsaqqallarına verdi. Xalqa əmr edib dedilər: «Allahınız Rəbbin Əhd sandığını Levililərdən olan kahinlərin daşıdığını görəndə siz də yerinizdən irəliləyərək onun ardınca gedin. Kahinlərə isə Yeşua belə dedi: «Əhd sandığını götürün və xalqın önündə gedin». Onlar da Əhd sandığını götürüb xalqın önündə getdilər. İsrailin Allahı Rəbbin sandığını çıxarmaq üçün kahinlərlə Levililər özlərini təqdis etdilər. Rəbbin sözünə görə, Musanın əmr etdiyi kimi Levililər Allahın sandığının şüvüllərini çiyinlərinə qoyub onu daşıdılar.
Выбор основного перевода