Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbbin izzəti Sina dağının üstündə məskən saldı. Bulud onu altı gün bürüdü. Yeddinci gün Rəbb Musanı buludun içindən çağırdı. O vaxt bulud Hüzur çadırını bürüdü və Rəbbin izzəti məskəni doldurdu. Musa Hüzur çadırına girə bilmədi, çünki bulud onun üstündə yerləşmişdi və Rəbbin izzəti məskəni doldurmuşdu. Kərənay çalanlar və ilahiçilər bir səslə Rəbbə həmd və şükür etməklə səslərini birgə ucaltdılar. Kərənayların, sinclərin, musiqi alətlərinin səsi yüksələndə onlar dedi: «Rəbbə həmd edin, çünki yaxşıdır, çünki məhəbbəti əbədidir». O vaxt bulud Rəbbin məbədini elə doldurdu ki, o buluda görə kahinlər ibadət etmək üçün orada dayana bilmədilər, çünki Rəbbin izzəti Allahın məbədini doldurmuşdu. Süleyman duanı bitirdikdə göydən od düşüb yandırma qurbanları və təqdimləri uddu. Rəbbin izzəti məbədi doldurdu. Kahinlər Rəbbin məbədinə girə bilmədi, çünki Rəbbin izzəti Öz məbədini doldurmuşdu. O adam oraya girəndə keruvlar məbədin cənub tərəfində durmuşdu. Bu zaman bulud içəri həyətə doldu. Rəbbin izzəti keruvun üstündən qalxıb məbədin kandarına getdi. Məbədi bulud bürüdü və həyət Rəbbin izzətinin nuru ilə doldu. Ruh məni qaldırıb içəri həyətə gətirdi. Mən gördüm ki, Rəbbin izzəti məbədi doldurub. Məbəd Allahın izzət və qüdrətinə görə tüstü ilə doldu. Beləcə yeddi mələyin gətirdiyi yeddi bəla tamam olana qədər heç kəs məbədə girə bilmədi.
Выбор основного перевода