Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Padşah Davud Baxurimə gəldi və oradan Şaulun nəslindən olan Gera oğlu Şimey adlı bir nəfər çıxdı. Şimey Davuda lənət edə-edə çıxırdı. Davuda və Davudun adamlarına daş atırdı. Bütün xalq və igidlərin hamısı Davudun sağında və solunda idi. Şimey Davuda lənət edərkən belə deyirdi: «Rədd ol, rədd ol, ey əliqanlı, yaramaz adam! Yerinə padşah olduğun Şaul nəslinin tökülən qan qisasını Rəbb səndən alır. Rəbb padşahlığı oğlun Avşaloma verdi. Budur, sən öz şərinin qurbanısan, çünki sən əliqanlı insansan». Padşahın külfətini çaydan keçirmək və onu razı salmaq üçün qayıqla o tay-bu taya keçirtdilər. Gera oğlu Şimey padşah İordan çayını keçən kimi onun qabağında yerə sərildi. O, padşaha dedi: «Qoy ağam məni günahkar saymasın və ağam padşah Yerusəlimdən çıxdığı gün bu qulunun etdiyi azğınlığı ürəyinə salıb xatırlamasın. Çünki günah etdiyimi bu qulun özü də bilir və budur, ağam padşahı qarşılamaq üçün bütün Yusif nəslindən hamıdan əvvəl bu gün mən gəlmişəm». Lakin Seruya oğlu Avişay cavab verib dedi: «Sən Rəbbin məsh etdiyinə lənət yağdırdın. Ona görə sən Şimey öldürülməlisən». Davud dedi: «Ey Seruya oğulları, məndən sizə nə? Niyə mənə düşmənçilik edirsiniz? Heç bu gün də İsraildə kimi isə öldürmək olarmı? Məgər mən bilmirəm ki, bu gün İsrailin padşahı mənəm?» Padşah sonra Şimeyə dedi: «Sənə ölüm yoxdur». Buna görə padşah ona and içdi.
Выбор основного перевода