Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Davud Navalın öldüyünü eşidəndə dedi: «Navalın əli ilə yaranan rüsvayçılığımı görüb qulunu davadan və pislikdən saxlayan Rəbbə alqış olsun! Rəbb Navalın bədxahlığını öz başına gətirdi». Davud Aviqaili özünə arvad olaraq almaq üçün ona elçi göndərdi. Padşah Davud Baxurimə gəldi və oradan Şaulun nəslindən olan Gera oğlu Şimey adlı bir nəfər çıxdı. Şimey Davuda lənət edə-edə çıxırdı. Davuda və Davudun adamlarına daş atırdı. Bütün xalq və igidlərin hamısı Davudun sağında və solunda idi. Şimey Davuda lənət edərkən belə deyirdi: «Rədd ol, rədd ol, ey əliqanlı, yaramaz adam! Yerinə padşah olduğun Şaul nəslinin tökülən qan qisasını Rəbb səndən alır. Rəbb padşahlığı oğlun Avşaloma verdi. Budur, sən öz şərinin qurbanısan, çünki sən əliqanlı insansan». Seruya oğlu Avişay padşaha dedi: «Axı nə üçün bu köpək leşi ağam padşaha belə lənət etsin? İzin ver gedim, onun başını üzüm». Padşah dedi: «Ey Seruya oğulları, axı məndən sizə nə? Madam ki lənət edir, demək Rəbb ona “Davuda lənət et” deyib. Elə isə kim ona “belə etmə” deyə bilər?» Davud Avişaya və bütün əyanlarına dedi: «Bax əgər öz belimdən gələn oğlum canımı almaq istəyirsə, bu Binyaminli bundan daha betərini etməzmi? Buraxın onu, qoy o, lənətini etsin, çünki ona Rəbb belə əmr etmişdir. Bəlkə Rəbb çəkdiyim əzabı görüb bu gün onun etdiyi lənətlərin əvəzinə mənə yaxşılıq edər». Davud və adamları yolla gedirdi, Şimey isə onun qarşısında dağın yamacı ilə gedir və gedə-gedə lənət edir, ona daş-torpaq atırdı. Padşahla yanındakı bütün xalq yorulmuşdu və bu yerdə dinclərini aldı.
Выбор основного перевода