Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Padşah məsləhətləşib iki qızıl dana düzəltdi və xalqa dedi: «Sizə daha Yerusəlimə getmək lazım deyil. Ey İsraillilər, sizi Misir torpağından çıxaran allahlarınız bunlardır». O, danalardan birini Bet-Eldə, o birini isə Danda qoydu. Bu işdən sonra da Yarovam öz pis yolundan dönmədi. Yenə də səcdəgahlara xalqın hər təbəqəsindən olan kahinlər qoydu. O, səcdəgahların kahini olmaq istəyən hər kəsi təqdis etdi. Yarovamın etdiyi və İsraillilərə etdirdiyi günahları ucbatından Rəbb İsraildən üz döndərəcək».
Выбор основного перевода