Bunun üçün Mən Yarovamın nəsli üzərinə bəla gətirəcəyəm. İsraildə Yarovamın nəslindən divar isladan hər kəsi – bütün kişiləri, istər kölə olsun, istər azad, kəsib atacağam və onları peyin yandırılan kimi hamısı tükənənə qədər bütünlüklə yandırıb məhv edəcəyəm.
Rəbb Özü üçün İsrail üzərində bir padşah qoyacaq, o da Yarovamın nəslini bu gün kəsib atacaq, hətta indi belə olacaq.