Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
2. Паралипоменон
Параллельные места
Düşmənlərinizə qarşı döyüşə çıxanda atları, döyüş arabalarını və sizdən böyük bir ordunu görəndə qorxmayın, çünki sizi Misir torpağından çıxaran Allahınız Rəbb sizinlədir. Rəbb Musaya belə söylədi: «Bu yaxınlarda ölüb atalarına qovuşacaqsan. Bu xalq da gedəcəyi ölkənin allahlarına bağlanıb Mənə xəyanət edəcək. Məni atıb onlarla bağladığım əhdi pozacaqlar. Onda onlara qəzəblənəcəyəm, onları ataraq üz döndərəcəyəm. Onlar başqalarına yem olacaq, başlarına çox bəlalar və müsibətlər gələcək. Həmin gün “Allahımız bizimlə olmadığı üçün başımıza müsibətlər gəldi” deyəcəklər. Sən də, oğlum Süleyman, atanın Allahını tanı, səmimi qəlbdən və həvəslə Ona qulluq et, çünki Rəbb bütün ürəkləri sınayır və ağılların bütün istəklərini bilir. Əgər Onu axtarsan, sən Onu tapacaqsan. Əgər Onu tərk etsən, O da səni əbədi olaraq atacaq. Ancaq ağır günlərində İsrailin Allahı Rəbbə qayıdıb Onu axtaranda O Özünü onlara göstərdi. Kahin Yehoyadanın oğlu Zəkəriyyənin üzərinə Allahın Ruhu gəldi və xalqın arasında çıxış edib onlara dedi: «Allah belə deyir: nə üçün Rəbbin əmrlərini pozursunuz? İşləriniz yaxşı getməz, çünki siz Rəbbi tərk etdiyiniz kimi O da sizi tərk etdi». Tapmaq fürsəti olarkən Rəbbi axtarın, O yaxın ikən Onu çağırın. Məni axtaracaqsınız, əgər bütün qəlbinizlə axtarsanız, tapacaqsınız. Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq. Ey günahkarlar, əllərinizi paklayın! Ey qərarsız insanlar, ürəklərinizi saflaşdırın!
Выбор основного перевода