Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
2. Паралипоменон
Параллельные места
Rəbdən başqa digər allahlara qurban gətirən adam tamamilə məhv olunsun. O peyğəmbər yaxud röya görən isə öldürülsün, çünki sizi Misir ölkəsindən çıxaran və köləlik diyarından qurtaran Allahınız Rəbbə qarşı getməyə sövq edirdi. Onlar sizi Allahınız Rəbbin əmr etdiyi yolla getməkdən azdırmaq istəyirdi. Beləliklə, aranızdan pisliyi atın. Hətta bir anadan doğulan qardaşınız, öz oğlunuz və ya qızınız, qoynunuzdakı arvadınız ya da candan əziz dostunuz sizi gizlicə başdan çıxarmaq üçün sizə və atalarınıza naməlum olan allahlardan, ətraf xalqların, dünyanın bu başından o biri başına qədər sizə yaxın və ya uzaq xalqların allahlarından bəhs edib “gedək yad allahlara sitayiş edək” desə, ona uyaraq qulaq asmayın. Ona heyfiniz gəlməsin, acımayın, onu qorumayın. Mütləq onu öldürün. Əvvəlcə siz, sonra bütün xalq qoy onu daşqalaq etsin. mütləq o şəhərdə yaşayanları qılıncdan keçirin. Şəhəri tamamilə məhv edib oradakı bütün xalqı və heyvanları qılıncdan keçirin. Allahınız Rəbbin sizə verəcəyi şəhərlərin birində aranızdan Onun əhdini pozub gözündə pis olanı edən hər hansı bir kişi və ya qadın çıxarsa, əmrlərimin ziddinə gedib başqa allahlara sitayiş edərsə, bütlərə yaxud günəşə, aya yaxud səma cisimlərindən hər hansı birinə sitayiş və səcdə edərsə, bu hadisədən xəbərdar olsanız, eşitdiklərinizi yaxşı-yaxşı araşdırın. Əgər bu xəbər doğrudursa və belə iyrənc halın İsraildə baş verdiyi sübuta yetərsə, belə pis hərəkət edən kişini və ya qadını şəhərin darvazasına gətirib daşqalaq edərək öldürün.
Выбор основного перевода