Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Padşah Sivaya dedi: «Belə isə, onda Mefiboşetin hər şeyi sənindir». Siva cavab verdi: «Ayağının torpağı olum, ağam padşah, təki sənin gözündə lütf tapım». Şaulun nəvəsi Mefiboşet padşahı qarşılamağa gəldi. Padşah gedən gündən evinə sağ-salamat qayıdan günə qədər o, ayaqlarına baxmamış, bığlarını kəsməmiş və paltarlarını yumamışdı. Padşahı qarşılamaq üçün Yerusəlimə gələn zaman padşah ona dedi: «Mefiboşet, bəs niyə sən də mənimlə getmədin?» O isə cavab verib dedi: «Ey ağam padşah, xidmətçim məni aldatdı, çünki bu qulun demişdi ki, padşahla bərabər getmək üçün eşşəyə palan vurub üstünə minim. Axı qulun şikəstdir. Lakin xidmətçim ağam padşahın qarşısında quluna böhtan atdı. Ağam padşah Allahın mələyi kimidir. İndi sənin gözündə nə xoşdursa, mənə et. Atamın bütün evi ağam padşahın önündə ölümdən başqa bir şeyə layiq deyilkən sən bu qulunu öz süfrəndə yemək yeyənlər arasında qoydun. Artıq padşahdan bir şey istəməyə nə haqqım var ki?» Padşah ona dedi: «Öz işlərin haqqında nə üçün sözü uzadırsan? Sən və Siva torpağı öz aranızda bölün, deyirəm». Mefiboşet padşaha dedi: «İndi ki padşah öz sarayına salamat gəldi, qoy hər şeyi o götürsün». Lakin padşah Davud Rəbbin önündə and içdiyi Şaul oğlu Yonatan oğlu Mefiboşetə qıymadı.
Выбор основного перевода