Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Davud ona dedi: «Qorxma, atan Yonatanın xatirinə mütləq sənə yaxşılıq edəcəyəm və baban Şaulun bütün torpağını sənə qaytaracağam. Sən həmişə mənim süfrəmdə yemək yeyəcəksən». Siva padşaha dedi: «Mən ağam padşahın bu quluna əmr etdiyi hər şeyi edəcəyəm». Beləliklə, Mefiboşet padşah oğullarından biri kimi Davudun süfrəsində yemək yeyirdi. Bundan sonra Mefiboşet Yerusəlimdə qaldı, çünki həmişə padşahın süfrəsində yemək yeyirdi. O, iki ayağından şikəst idi. Onun yanında Binyamindən min nəfər və Şaul evinin xidmətçisi Siva ilə on beş oğlu və iyirmi qulu var idi. Onlar İordan çayına tərəf – padşahın qarşısına çıxmağa tələsdilər. Atamın bütün evi ağam padşahın önündə ölümdən başqa bir şeyə layiq deyilkən sən bu qulunu öz süfrəndə yemək yeyənlər arasında qoydun. Artıq padşahdan bir şey istəməyə nə haqqım var ki?»
Выбор основного перевода