Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Padşah dedi: «Ey Seruya oğulları, axı məndən sizə nə? Madam ki lənət edir, demək Rəbb ona “Davuda lənət et” deyib. Elə isə kim ona “belə etmə” deyə bilər?» Yoav saraya – padşahın yanına gəlib dedi: «Bu gün sənin canını, oğullarının, qızlarının və cariyələrinin canlarını xilas edən bütün qullarını xəcalətli etdin. Çünki sənə nifrət edənləri sevib, səni sevənlərə isə nifrət edirsən. Bu gün sən aşkar etdin ki, başçıların və zabitlərin sənin gözündə əhəmiyyətsizdir. Mən bu gün başa düşdüm ki, əgər Avşalom sağ qalıb, biz hamımız bu gün ölsəydik, bundan razı qalardın. İndi isə qalx ayağa, xalqın qarşısına çıx, adamlarının könlünü al. Çünki mən Rəbbin haqqı üçün and içirəm, xalqın qarşısına çıxmasan, bu gecə səninlə bir nəfər belə, qalmayacaq. Bu da sənin üçün uşaqlıqdan indiyədək başına gələn müsibətlərin hamısından betər olacaq». Davud dedi: «Ey Seruya oğulları, məndən sizə nə? Niyə mənə düşmənçilik edirsiniz? Heç bu gün də İsraildə kimi isə öldürmək olarmı? Məgər mən bilmirəm ki, bu gün İsrailin padşahı mənəm?» Sən Seruya oğlu Yoavın mənə nə elədiyini bilirsən: İsrail ordusunun iki başçısı Ner oğlu Avnerlə Yeter oğlu Amasanı öldürərək sülh zamanı hərb qanı tökdü və belindəki kəmərlə ayağındakı çarıqları qana bulaşdırdı. Sən öz hikmətinə görə davran, qoy onun ağarmış başı ölülər diyarına salamat enməsin. Beləcə onların qanı həmişəlik Yoavın və onun nəslinin üstündə qalacaq, amma Rəbb Davuda, onun nəslinə, evinə və taxtına əbədi əmin-amanlıq verəcək». Yehoyada oğlu Benaya yuxarıya getdi, Yoavı vurub öldürdü və onu çöldəki evində basdırdılar. Rəbdən bir arzum, bir istəyim var: Bütün ömrüm boyu Rəbbin evində yaşayım, Məbədində Rəbbin camalına baxım, Ona pərəstiş edim. Misgər İsgəndər mənə çox pislik etdi. Rəbb ona əməllərinin əvəzini verəcək.
Выбор основного перевода