Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
O, işləri kamil Qayadır, Çünki bütün yolları haqdır, Sadiq Allahdır, heç zaman haqsızlıq etməz, Adil və doğru olan Odur. Allahım qayamdır, Ona pənah gətirəcəyəm, Odur qalxanım, qüvvətli qurtarıcım, qülləm, Sığınacaq yerim, xilaskarım! Sən məni zalımların əlindən qurtarırsan! Ya Rəbb, salehə xeyir-dua verirsən, Lütfünlə sipər kimi onları hifz edirsən. Pislərin üstünə odlu köz, kükürd yağdırır, Onların kasalarına düşən pay səmum yeli olacaq. İnsanlar belə deyəcək: «Bəli, salehlər barlı olar, Həqiqətən, dünyanın hökmranı olan bir Allah var!» Allahın hər bir kəlamı safdır, Ona pənah gətirənlərin sipəri Odur. Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun.
Выбор основного перевода