Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Amots oğlu Yeşayanın Yəhuda və Yerusəlim barəsində gördükləri: Axır zamanda Rəbbin evi olan dağ Dağların zirvəsində möhkəm duracaq, Təpələrdən yuxarı ucalacaq. Bütün millətlər ona sarı gələcək. Çox xalqlar gəlib deyəcək: «Gəlin Rəbbin dağına, Yaqubun Allahının evinə qalxaq, Qoy Rəbb bizə Öz yollarını öyrətsin, Biz Onun rizləri ilə gedək». Siondan Rəbbin təlimi, Yerusəlimdən Onun kəlamı yayılacaq. Millətlər arasında Rəbb hakim olacaq, Çox xalqlar haqqında qərar çıxaracaq. Onlar qılınclarından kotan, Nizələrindən isə dəryaz düzəldəcək. Millət millətə qarşı qılınc qaldırmayacaq, Artıq dava etməyi öyrənməyəcək. Ey Yaqub nəsli, gəlin Rəbbin nurunda gəzək. Ya Rəbb, xalqını – Yaqub nəslini atdın, Çünki onlar Şərqdən gələn mövhumatlara uymuşdular, Filiştlilər kimi falçılıq edirlər, Əcnəbilərin adət-ənənələrinə əməl edirlər. Ölkələri qızıl-gümüşlə dolu, Xəzinələrinin sonu yoxdur. Ölkələrində çoxlu atlar var, Döyüş arabaları külli miqdardadır. Ölkələri bütlərlə doludur, Əlləri ilə düzəltdikləri, Barmaqları ilə işlədikləri Bütlərin qarşısında səcdə qılırlar. Buna görə də hamı yerə səriləcək, Hər kəs diz üstə çökdürüləcək. Ya Rəbb, onları bağışlama! Rəbbin zəhmli üzündən, Ehtişamının əzəmətindən Qayalıqlara gedin, Yerin altında gizlənin. Adamların təkəbbürlü baxışları alçaldılacaq, İnsanların qüruru qırılacaq, O gün yalnız Rəbb yüksəldiləcək. Çünki o gün Ordular Rəbbi Bütün qürurluları, lovğaları, məğrurları alçaldacaq. Adamların təkəbbürü qırılacaq, İnsanların qüruru alçaldılacaq, O gün yalnız Rəbb ucaldılacaq. O, qolu ilə qüdrətli işlər gördü, Ürəklərində qürurla düşünənləri pərən-pərən saldı.
Выбор основного перевода