Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bir müddət sonra İbrama görüntüdə Rəbbin bu sözü nazil oldu: «Ey İbram, qorxma. Sənin qalxanın Mənəm. Mükafatın çox böyük olacaq». Xanna Rəbbə belə dua etdi: «Rəbdə tapdığım sevincdən ürəyim cuşa gəlir, Rəbb mənə böyük güc verir, Düşmənlərimin önündə öyünürəm, Çünki Sən məni qurtardığına görə sevinirəm. Allahın yolu kamildir, Rəbbin kəlamı safdır, Rəbb ona sığınanların sipəridir. Rəbdən başqa Allah kimdir ki? Allahımızdan başqa qaya kimdir ki? Rəbb əbədi yaşayır, Qayama alqış olsun! Məni qurtaran Qayam, Allahım ucalsın! Rəbb məzlumların pənahgahıdır, Sıxıntı anlarında müdafiə qalasıdır. Rəbbə ilahi nəğməmi oxuyacağam, Çünki mənə comərdlik etdi. Salehliyi sevib pisliyə nifrət edirsən. Ona görə Allah, sənin Allahın Sevinc yağı ilə Yoldaşlarından çox səni məsh edib. Sənin gözəlliyin padşahı məftun etsin. O sənin ağandır, ona itaət et. Düşkünlük qəlbimi alıb, Mən dünyanın ucqarından Səni çağırıram. Sən məni əlçatmaz bir qayaya apar. Ya Rəbb, qüvvətim və qalam, Sıxıntı günündə sığınacağım! Millətlər yer üzünün qurtaracağınadək hər yerdən Sənin yanına gəlib deyəcək: «Atalarımız saxta və puç bütlərə – Heç bir fayda görmədikləri şeylərə varis oldu. O, qulu Davudun nəslindən Bizə qüdrətli Xilaskar yetirdi. Yenə də deyir: «Mən Ona güvənəcəyəm» və yenə «Budur, Mən və Allahın Mənə verdiyi övladlar».
Выбор основного перевода