Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1. Паралипоменон
Параллельные места
Allahınız Rəbbin adını qoymaq üçün bütün qəbilələriniz arasından seçəcəyi yeri, Onun məskənini axtarın və oraya gedin. O zaman sizə əmr etdiyim hər şeyi – yandırma təqdimlərinizi, ünsiyyət qurbanlarınızı, qazancınızın onda bir hissəsini, qaldırma təqdimlərinizi və Rəbbə həsr etdiyiniz bütün seçmə təqdimlərinizi Allahınız Rəbbin Öz isminə məskən seçəcəyi yerə gətirəcəksiniz. O vaxt padşah peyğəmbər Natana belə dedi: «Bax mən sidr ağacından tikilən bir sarayda yaşayıram, lakin Allahın sandığı isə bir çadırda qalır». Atam Davudun ürəyində İsrailin Allahı Rəbbin adına bir məbəd tikmək istəyi var idi. Davud sarayında yaşayan vaxt peyğəmbər Natana dedi: «Mən sidr ağacından tikilən bir sarayda yaşayıram, Rəbbin Əhd sandığı isə çadır altındadır». Natan Davuda dedi: «Ürəyindəki niyyəti həyata keçir, çünki Allah səninlədir». Ya Rəbb, təkəbbürlü deyiləm, Gözümü yuxarı yerlərə dikməmişəm, Gücüm çatmayan böyük işlərə girişməmişəm. Ovunub səsimi kəsmişəm, Ana qucağında olan körpə kimiyəm, Sanki bir sakit körpəyə dönmüşəm. Ey İsrail, Rəbbə ümidini bağla, İndidən sonsuzadək ümidini Ona bağla!
Выбор основного перевода