Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1. Паралипоменон
Параллельные места
Sonra qorxub dedi: «Bu yer necə də qorxuludur. Bu, Allahın evindən başqa bir şey ola bilməz, bura göylərin qapısıdır». Rəbbin mələyi Davuda söyləmək üçün Qada dedi: «Qoy Davud çıxıb Yevuslu Ornanın xırmanında Rəbbə bir qurbangah düzəltsin». Rəbbin adı ilə Qadın söylədiyi sözə görə Davud çıxdı. Ornan geri dönüb mələyi gördü. Onunla birgə olan dörd oğlu gizləndi, Ornan isə yenə də buğda döyürdü. Davud Ornanın yanına gələndə Ornan baxıb Davudu gördü, xırmandan çıxdı və ona yerə qədər təzim etdi. Davud Ornana dedi: «Bu xırmanını mənə ver ki, burada Rəbb üçün qurbangah tikim, onu mənə tam dəyərinə sat. Beləcə xalqın üzərinə gələn vəba dayansın». Ornan Davuda dedi: «Götür, havayı sənin olsun, ağam padşah gözündə xoş olanı etsin. Mən yandırma qurbanı olaraq öküzləri, odun yerinə vəlləri və taxıl təqdimi kimi buğdanı verirəm, bunların hamısını verirəm». Padşah Davud Ornana dedi: «Yox, mütləq tam dəyərinə satın alacağam, çünki sənin malını Rəbb üçün götürmərəm, havayı malı yandırma qurbanı vermərəm». Buna görə də Davud bu yer üçün Ornana çəkisi altı yüz şekel qızıl verdi. Davud orada Rəbbə bir qurbangah düzəldib yandırma qurbanları və ünsiyyət qurbanları təqdim etdi. O, Rəbbi çağırdı, Rəbb də yandırma qurbanlarının gətirildiyi qurbangaha göydən od göndərib ona cavab verdi. Rəbb mələyə əmr etdi, o da qılıncını qınına qoydu. Davud Yevuslu Ornanın xırmanında Rəbbin ona cavab verdiyini gördükdə orada qurban kəsdi. Musanın səhrada düzəltdiyi Rəbbin məskəni və yandırma qurbanları üçün düzəldilən qurbangah o vaxt Giveondakı səcdəgahda idi. Süleyman Yerusəlimdə atası Davuda Rəbbin göründüyü Moriya dağında, Yevuslu Ornanın xırmanında Davudun hazırladığı yerdə Rəbbin məbədini tikməyə başladı.
Выбор основного перевода