Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1. Паралипоменон
Параллельные места
Padşah Davud bütün camaata dedi: «Allahın yeganə seçdiyi oğlum Süleyman cavan və təcrübəsizdir, bu iş isə böyükdür, çünki bu bina insan üçün deyil, Rəbb Allah üçün olacaq. Bütün səyimlə Allahımın məbədindən ötrü qızıl şeylər üçün qızıl, gümüş şeylər üçün gümüş, tunc şeylər üçün tunc, dəmir şeylər üçün dəmir, ağac şeylər üçün ağac, damarlı əqiq daşları və onların sağanaqları, cilalı və cürbəcür rəngli daşlar, hər cür qiymətli daşlar və çoxlu mərmər daşlar hazırlamışam. Bundan başqa, Allahımın məbədini tikməyə həvəsim naminə müqəddəs məbəd üçün hazırladığım hər şeydən əlavə nə qədər qızıl-gümüş xəzinəm varsa, onu da Allahım Rəbbin məbədi üçün verirəm: Ofir qızılından üç min talant qızılı, yeddi min talant xalis gümüşü evlərin divarını örtmək üçün, qızıl şeylər üçün qızılı, gümüş şeylər üçün gümüşü ustaların düzəldəcəyi bütün işlər üçün verirəm. Kim bu gün Rəbbə könüllü nəzir təqdim etmək istəyir?» Nəsil başçıları, İsrail qəbilələrinin başçıları, minbaşılar, yüzbaşılar və padşahın işləri üzərində olan rəislər könüllü gəlib
Выбор основного перевода