Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Yetro dedi: «Sizi Misirlilərin və fironun əlindən qurtaran Rəbbə alqış olsun! Xalqı Misirlilərin əlinin altından qurtaran Odur. İndi sözümə qulaq as, sənə bir məsləhət verim. Qoy Allah sənə yar olsun! Sən bu xalqa görə Allahın hüzurunda dayan və işlərini də Ona çatdır. Musa qayınatası Midyanlı Reuel oğlu Xovava dedi: «Rəbbin “sizə verəcəyəm” dediyi yerə yola düşürük, bizimlə gəl, biz sənə yaxşılıq edərik. Çünki Rəbb İsrailə yaxşılıq edəcəyinə söz verib». Xovav ona dedi: «Gedə bilmərəm. Mən öz torpağıma və qohum-əqrəbamın yanına gedəcəyəm». Musa dedi: «Xahiş edirəm, bizi tərk etmə, çünki səhrada düşərgə salacağımız yerləri sən bilirsən. Bizə bələdçilik et. Bizimlə getsən, Rəbbin bizə edəcəyi yaxşılığı biz də sənə edərik». Musanın Qenli qayınatasının nəslindən olanlar Yəhudalılarla birgə Xurma şəhərindən çıxaraq Aradın cənubunda olan Yəhuda səhrasında xalqın arasında məskunlaşdılar. Qenli Xever, Musanın qaynı Xovavın nəslindən olan o biri Qenlilərdən ayrılmışdı. O, Qedeş yaxınlığında, Saanayimdəki palıd ağacının yanında öz çadırını qurmuşdu. Akiş ondan soruşanda ki bu gün hara basqın etdiniz, Davud belə cavab verirdi: «Yəhudanın, Yeraxmeellilərin və Qenlilərin cənub bölgəsinə basqın etdik».
Выбор основного перевода