Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
«Ya Rəbb, mənə bildir, Aqibətim necə olacaq? Ömrümün günləri nə qədər qalıb? Qoy nə qədər fani olduğumu anlayım! Budur, günlərim ovcuna sığdı, Ömrüm qarşında heç oldu. Bəli, insan sadəcə bir nəfəsdir. Sela Əlbəttə, insan kölgə kimi dolaşır, Həqiqətən, o boş yerə çarpışır, Var-dövlət yığır, kimə qalacağını bilmir. Çünki insanın canının haqqı çox dəyərlidir, Ən üstün qiymətlər ona kifayət etmir ki, İnsan əbədi ömür sürsün, Məzarı heç görməsin. Rəbb Ona qurban təqdimindən çox Salehliyə, ədalətə riayət edilməsini istər. Allahın evinə getdiyin zaman hərəkətlərinə diqqət et. Qulaq asmaq üçün oraya girmək yaxşı və pisin nə olduğunu bilməyən səfeh adamların qurban təqdim etməsindən yaxşıdır. Rəbb deyir: «Qurbanlarınız çoxalıb, Mənə nə? Yandırma qoç qurbanlarından, Bəslənmiş heyvanların piyindən doymuşam. Buğa, quzu, təkə qanını istəmirəm. Hüzuruma gələrkən Əlinizdə bunları gətirməyinizi kim istədi? Məbədimin həyətlərinə boş yerə ayaq basırsınız. Mənə artıq batil təqdimlər gətirməyin, Buxur Məndə ikrah yaradır. Pisliklə dolu Təzə Ay mərasimlərinizə, Şənbə günlərinizə, Müqəddəs toplantılarınıza Dözə bilmirəm! Yuyunub təmizlənin, Gözümün önündə işlərinizi şərdən uzaqlaşdırın, Pislik etməkdən vaz keçin. Yaxşılıq etməyi öyrənin, Ədaləti axtarın, Məzlumları qurtarın, Yetimin haqqını qoruyun, Dul qadını müdafiə edin». Çünki atalarınızı Misir torpağından çıxaran vaxt yandırma qurbanı və başqa qurban barədə onlara əmr etmədim və bir söz demədim. Ancaq onlara bunu əmr edib dedim: ‹Sözümə qulaq asın. Onda Mən sizin Allahınız olacağam, siz də Mənim xalqım olacaqsınız. Hər barədə sizə əmr etdiyim yolla gedin ki, uğur qazanasınız›. Çünki Mən qurban deyil, Məhəbbət istəyirəm. Yandırma qurbanlarından çox Allahı tanımağınızı istəyirəm. Rəbb belə deyir: “Bayramlarınıza nifrət edirəm, Xor baxıram, Təntənəli toplantılarınızdan iyrənirəm. Mənə yandırma qurbanlarınızı, Taxıl təqdimlərinizi gətirsəniz də, razı qalmayacağam. Mənə kökəldilmiş heyvanlarınızdan Ünsiyyət qurbanı təqdim etsəniz də, Onlara nəzər salmayacağam. Gurultulu ilahilərinizi Məndən uzaq edin! Çənglərinizin səsinə qulaq asmayacağam. Lakin qoy ədalət sular kimi tökülsün, Salehlik davamlı sel kimi axsın! Rəbbin hüzuruna nə ilə gedim? Uca Allaha necə səcdə edim? Önünə yandırma qurbanları ilə – Birillik danalarla çıxımmı? Minlərlə qoç qurbanı, Zeytun yağının on minlərlə seli Rəbbin xoşuna gələrmi? Üsyankarlığıma görə ilk oğlumu, Günahım üçün öz övladımı verimmi? Ey insan, Allah sənə yaxşı olanı bildirdi; Ədalət yaratmaqdan, məhəbbət göstərməyi sevməkdən, İtaətkarcasına Allahınla bir yol getməkdən başqa Rəbb səndən nə istəyir ki? Gedin və “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını öyrənin. Çünki Mən salehləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm». Əgər siz “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını bilsəydiniz, təqsirsizləri məhkum etməzdiniz. Onu bütün qəlbinlə, bütün ağlınla və bütün gücünlə sevmək, qonşunu da özün kimi sevmək yandırma qurbanlarının və başqa qurbanların hamısından daha vacibdir».
Выбор основного перевода