Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Yaqub Beer-Şevadan çıxdı. İsrailin oğulları ataları Yaqubu və arvad-uşaqlarını fironun Yaqubu aparmaq üçün göndərdiyi arabalara mindirdilər. Yaqub və onun bütün övladları heyvanlarını və Kənan torpağında əldə etdikləri hər şeyi götürüb Misirə gəldilər. Xeyli vaxt keçəndən sonra Misir padşahı öldü. İsrail övladları ağır zəhmət çəkdikləri üçün fəryad edib inlədilər. Ağır zəhmətlərinə görə etdikləri nalələri Allaha çatdı. Buna görə də get. Səni fironun yanına göndərirəm ki, xalqım İsrail övladlarını Misirdən çıxarasan». Rəbb Musaya qəzəblənib dedi: «Qardaşın Levili Harun yoxdurmu? Bilirəm ki, onun yaxşı nitqi var. İndi o səni qarşılamağa gəlir. Səni görəndə ürəkdən sevinəcək. Qardaşınla danış, nə demək lazımdırsa, ona başa sal. Mən isə sənin və onun ağzı ilə danışacağam. Sizə nə etməyi öyrədəcəyəm. Sənin əvəzinə xalqla Harun danışacaq. O sənin üçün ağız kimi, sən isə onun üçün Allah kimi olacaqsan. O, İsrail övladlarına dedi: «İsrailin Allahı Rəbb belə deyir: “İsraili Misirdən Mən çıxartdım. Misirlilərin və sizə zülm edən bütün padşahlıqların əlindən sizi Mən azad etdim”.
Выбор основного перевода