Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb deyir: «Gəlin indi birgə düşünək bu an, Günahlarınız qıpqırmızı parça kimi görünsə də, Onlar qar kimi ağ olacaq, Tünd qırmızı rəngə çalsa da, Onlar ağ yun kimi bəyaz olacaq. Rəbbin nə dediyini indi dinləyin: «Məhkəmə qarşısında durun, Qoy dağlar bunun şahidi olsun, Qoy təpələr səsinizi eşitsin! Ey dağlar və yerin sarsılmaz təməlləri, Rəbbin ittihamını eşidin! Rəbb Öz xalqını ittiham edir, İsraili məhkəməyə verir. Ey xalqım, nə etmişəm sənə? Nə ilə yormuşam səni? Mənə cavab ver! Səni Misir torpağından çıxaran, Köləlik diyarından sizi satın alan, Musanı, Harunu, Məryəmi, Sənin qabağına göndərən Mən oldum. Ey xalqım, sənə qarşı Moav padşahı Balaqın niyyətlərini, Beor oğlu Bilamın ona nə cavab verdiyini xatırla, Şittimdən Qilqala gedəndə yolda nə baş verdiyini xatırla ki, Rəbbin sənə göstərdiyi sədaqətini biləsən».
Выбор основного перевода