Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbbin sizi sevməsi, seçməsi o biri xalqlardan daha çox olduğunuz üçün deyil. Həqiqətən, siz onlardan azsınız. Rəbb sizi sevdiyi və atalarınıza verdiyi vədi yerinə yetirmək istədiyi üçün qüdrətli əli ilə sizi Misirdən çıxartdı. O sizi köləlik diyarından, Misir padşahı firondan satın aldı. Axı siz Allahınız Rəbbin müqəddəs xalqısınız. Rəbb yer üzərində olan bütün xalqlar arasından sizi Özünə məxsus xalq olaraq seçdi. Bundan sonra Kənanlılar və bu ölkədə yaşayan bütün xalqlar eşidəcək, bizi mühasirəyə alıb adımızı yer üzündən siləcəklər. Bəs Sən Öz böyük adın üçün nə edəcəksən?» İsrail övladlarının arasında yaşayacağam və xalqım İsraili tərk etməyəcəyəm». Qoy Allahımız Rəbb atalarımıza yar olduğu kimi bizə də yar olsun, qoy bizi buraxmasın və tərk etməsin. Əbədi olaraq min nəslə qədər əhdini, Əmr etdiyi sözü, Öz adın naminə bizdən imtina etmə, Öz izzətli taxtını alçaltma. Bizimlə olan əhdini pozma, yada sal. Ancaq Mən Öz adım naminə elə etdim ki, aralarında yaşadıqları millətlərin gözündə adım ləkələnməsin, çünki bu millətlərin gözü önündə İsrail övladlarını Misir torpağından çıxarmaqla Özümü onlara göstərdim. Ancaq Mən Öz adım naminə elə etdim ki, millətlərin gözündə adım ləkələnməsin, çünki bu millətlərin gözü önündə İsrail övladlarını Misirdən çıxarmışdım. Ancaq Mən onlardan əl götürdüm və bunu Öz adım naminə etdim ki, millətlərin gözündə adım ləkələnməsin, çünki bu millətlərin gözü önündə İsrail övladlarını çıxarmışdım. Beləliklə, soruşuram: məgər Allah Öz xalqını rədd etdi? Əsla! Çünki mən özüm də İbrahim nəslindən, Binyamin qəbiləsindən olan bir İsrailliyəm. Allah qabaqcadan tanıdığı Öz xalqını rədd etmədi. Məgər siz bilmirsiniz ki, Müqəddəs Yazıda İlyas barədə nə deyilir? İlyas İsraildən Allaha şikayət edib deyir: Amma siz seçilmiş nəsil, Padşahın kahin dəstəsi, müqəddəs millət, Allaha məxsus olan xalqsınız. Sizi qaranlıqdan Öz heyrətamiz nuruna çağıran Allahın çox gözəl işlərini elan etmək üçün seçilmisiniz.
Выбор основного перевода