Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Musa o yeri Massa və Meriva adlandırdı, çünki orada İsrail övladları münaqişə etmişdilər və «görəsən Rəbb aramızdadır ya yox» deyə Rəbbi sınamışdılar. Camaat çəkdiyi sıxıntıdan Rəbbə şikayət etdi. Rəbb bunu eşidəndə qəzəbi alovlandı. Rəbbin odu onların arasında yandı və düşərgə ətrafındakıların bəzilərini məhv etdi. Camaat Musaya fəryad etdi. Musa Rəbbə yalvardı və od söndü. O yerin adı Tavera qoyuldu, çünki onların arasında Rəbbin odu yanırdı. O yerin adı Qivrot-Hattaava qoyuldu, çünki iştahası başqa yemək çəkənlər orada basdırıldı.
Выбор основного перевода