Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Şimeonla Levi qardaşdır, Qəddarlıq qılıncları ilə silahlanıblar. Ey qəlbim, onların məclisinə getmə, Ey şərəfim, onların toplantısında olma. Çünki onlar qəzəblənəndə qətl etdilər, Əylənəndə öküzlərin ayaq vətərini kəsdilər. Lənət olsun vəhşi qəzəblərinə, Lənət olsun qəddar hiddətlərinə. Onları Yaqubda ayıracağam, İsraildə səpələyəcəyəm. Musa o yeri Massa və Meriva adlandırdı, çünki orada İsrail övladları münaqişə etmişdilər və «görəsən Rəbb aramızdadır ya yox» deyə Rəbbi sınamışdılar. Urim və Tummimi də hökm döşlüyünə qoy ki, Rəbbin hüzuruna daxil olduğu zaman onlar da ürəyinin üstündə olsun. Beləcə Harun İsrail övladlarının hökmünü Rəbbin hüzurunda daima ürəyinin üstündə daşıyacaq. Bu sulara Meriva suları deyilir, çünki bu yerdə İsrail övladları Rəbb ilə mübahisə etdilər və Rəbb onlara Öz müqəddəsliyini göstərdi.
Выбор основного перевода