Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Naftali azad edilmiş bir maraldır, Ondan gözəl balalar doğulacaq. Altıncı püşk Naftali övladları üçün nəsillərinə görə Naftali övladlarına düşdü. Onların sərhədi Xelefdən Saanannimdəki palıd ağacından başlayaraq Adami-Negev və Yavneeli keçib Laqquma çatır, sonu isə İordan çayında bitirdi. Sərhəd qərbə doğru Aznot-Tavora dönüb oradan Xuqoqa qalxırdı. Cənubda Zevuluna, qərbdə Aşerə, gündoğana tərəf İordan çayına çatırdı. Qalalı şəhərlər bunlar idi: Siddim, Ser, Xammat, Raqqat, Kinneret, Adama, Rama, Xasor, Qedeş, Edrei, En-Xasor, İreon, Miqdal-El, Xorem, Bet-Anat, Bet-Şemeş. Bunlar kəndləri ilə birlikdə on doqquz şəhər idi. Nəsillərinə görə Naftali övladları qəbiləsinin irs olan torpaqları kəndləri ilə birlikdə bu şəhərlər idi.
Выбор основного перевода