Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb uzaqda yaşayan millətləri Bayraq işarəsi ilə, Onları yer üzünün ucqarlarından Fit səsi ilə səsləyəcək. Tezliklə bu millətlər gələcək. Anlaşılmaz, yad dildə danışan Təkəbbürlü xalqı daha görməyəcəksən. Rəbb bəyan edir: «Ey İsrail xalqı, Uzaqdan üstünüzə bir millət gətirəcəyəm. Dilini bilmədiyin, Dediklərini anlamadığın Güclü, qədim bir millət. Rəbb belə deyir: «Budur, şimal ölkəsindən Bir xalq gəlir, Dünyanın uzaq yerlərindən Böyük bir millət hərəkətə gəlir. Rəbb belə deyir: «Bax düşmən qartal kimi uçub Moav üzərində qanadlarını gərəcək. Atları bəbirdən çevik, Özləri isə ac qurddan daha azğındır, Süvariləri yeri deşərək uzaqdan gəlir, Şikarını yeməyə cuman qartal kimi şığıyır.
Выбор основного перевода