Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Əgər Allahınız Rəbbin sizə buyurduğu əhdi pozsanız, gedib başqa allahlara qulluq etsəniz, onlara səcdə qılsanız, Rəbbin qəzəbi sizə qarşı alovlanacaq və sizə verdiyi nemətli torpaq üzərindən tezliklə yox olacaqsınız». Övladların taqətdən düşüb, Rəbbin qəzəbi, Allahının məzəmməti üzərlərindədir. Onlar tələyə düşmüş cüyür kimi Hər küçə başında uzanıb. Budur, Rəbb odla gəlir, Onun döyüş arabaları qasırğa tək gəlir. Şiddətli qəzəbini, məzəmmətini Alov kimi tökməyə hazırdır. Ordular Rəbbi deyir: «Əgər sözə qulaq asmasanız, adıma izzət verməyi ürəkdən istəməsəniz, üzərinizə lənət yağdırıb xeyir-dualarınızı lənətə çevirəcəyəm. Bəli, Mən onları lənətlədim. Çünki Məni izzətləndirməyi ürəkdən istəmirsiniz.
Выбор основного перевода