Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Qərib adama nə haqsızlıq, nə də zülm edin, çünki siz özünüz də Misir ölkəsində qərib idiniz. Heç bir dul qadına və yetimə əziyyət verməyin. Heç kimə tərəfkeşlik etmədən kiçiyi də böyük kimi dinləyərək hökm çıxarın. İnsan şəxsiyyətindən qorxmayın, hökm Allahındır. Sizin üçün çətin olan münaqişəli məsələləri isə mənim yanıma gətirin. Mən onlara qulaq asaram”. Çünki Allahınız Rəbb allahların Allahı, hökmranların Hökmranıdır. O tərəfkeşlik etməyən, rüşvət almayan, böyük, qüdrətli, zəhmli Allahdır. Hökm çıxararkən haqsızlıq etməyin, heç kimin tərəfini saxlamayın. Rüşvət almayın, çünki rüşvət müdrik insanın belə, gözlərini kor edir və məhkəmədə məsum bir insana qarşı səhv qərara yol verir. Yetimlərin eşşəyini əlindən alır, Dul qadının öküzünü girov götürür. Başçılarınız üsyankar olub oğrularla əlbirdir. Hər kəs rüşvəti sevir, bəxşiş dalınca düşür. Yetimin haqqını qorumur, Dul qadını müdafiə etmək haqqında düşünmür. Onlar piylənib, yoğunlaşıb, Pis işlərlə hədlərini aşıb, Məhkəmə işlərini, Yetimlərin işlərini Ədalətlə həll etmirlər ki, Qalib gəlsinlər. Yoxsulların haqqını müdafiə etmirlər». Mən cəza vermək üçün sizə yaxınlaşacağam. Ovsunçulara, zinakarlara, yalandan and içənlərə, muzdurun, dul qadının, yetimin, qəribin haqqını tapdalayanlara – Məndən qorxmayanlara qarşı tezliklə şahid olacağam» Ordular Rəbbi belə deyir.
Выбор основного перевода