Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Əgər başqasının paltarını girov alırsınızsa, gün batandan əvvəl ona girovu qaytarın. Çünki bu paltar onun yeganə örtüyü və əyninin geyimidir. Bəs o adam yatanda nə ilə üstünü örtsün? O Mənə fəryad edəndə səsini eşidəcəyəm, çünki Mən lütfkaram. Allahımız Rəbbin hüzurunda bizə buyurduğu bütün bu əmrlərə diqqətlə əməl etsək, bunu bizə salehlik sayacaq”. Gecə paltarsız, çılpaq qalırlar, Soyuqda üstlərini örtməyə bir şey tapmırlar. Paltarı olmadığı üçün canı ağrıyan, Ya örtüyə möhtac qalan yoxsulları görəndə Qoyunlarımın yunu ilə onları isitməmişəmsə, Onlar da mənə ürəkdən alqış etməyiblərsə, Öz xalqına qurtuluş göndərdi, Əhdi əbədi olsun deyə əmr verdi, İsmi müqəddəsdir, zəhmlidir. girovunu geri verərsə, soyğunçuluqla aldığını geri qaytararsa, pislik etmədən həyatverici qaydalara görə rəftar edərsə, əlbəttə, ölməyib yaşayacaq.
Выбор основного перевода