Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Lakin Edomlular ona dedilər: «Torpağımızdan keçməyin, yoxsa qarşınıza qılıncla çıxarıq». Edomlular ölkəsindən İsrail övladlarının keçməsinə izin verməyəndə İsraillilər onların torpaqlarından çəkildilər. Heç bir Ammonlu və yaxud Moavlı Rəbbin camaatı arasına daxil ola bilməz. Onların heç bir övladı, hətta onuncu nəslə qədər olanlar da Rəbbin camaatı arasına əsla daxil ola bilməz, çünki onlar Misirdən çıxdığınız zaman yolda sizi çörək və su ilə qarşılamadılar. Sizə lənət oxumaq üçün Aram-Naharayimdəki Petor şəhərindən Beor oğlu Bilamı muzdla tutdular. Edom padşahının yanına qasidlər göndərib belə demişdilər: “Rica edib torpağından keçmək üçün səndən izin istəyirəm”. Lakin Edom padşahı onlara qulaq asmadı və sonra İsraillilər Moav padşahının yanına adamlar göndərdi, o da razı olmadı. Ona görə də İsraillilər Qadeşdə qalmışdılar.
Выбор основного перевода