Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Xalqlar eşidib əsdi, Filişt sakinlərini qorxu kəsdi. Edom başçılarını o an dəhşət bürüdü. Moav igidlərini vahimələrə saldı. Kənan sakinləri isə üzülüb qaldı. Onların üzərini qorxu, vəlvələ aldı. Güclü qoluna görə daş tək lal-kar oldular, O vaxtadək ki xalqın keçəcək, Ya Rəbb, qurtardığın xalq keçəcək! Sizin qarşınızda heç kim dayana bilməyəcək. Allahınız Rəbb sizə vəd etdiyi kimi ayaq basacağınız hər yerə vahimə və qorxunuzu yayacaq. O bu adamlara dedi: «Mən bilirəm ki, Rəbb bu torpağı sizə verib. Siz bizi dəhşətə saldınız və bu torpağın bütün sakinləri sizin qarşınızda əsir. Çünki Misirdən çıxdığınız zaman Rəbb Qırmızı dənizin sularını qarşınızda necə qurutduğunu və İordan çayının o tayında məhv etdiyiniz iki Emor padşahı Sixonla Oqa nə etdiyinizi eşitmişik. Biz bunları eşidəndə ürəyimiz qorxuya düşdü və vahimənizdən heç kimin taqəti qalmadı; çünki Allahınız Rəbb yuxarıda göyün və aşağıda yerin Allahıdır.
Выбор основного перевода