Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Sizinlə birgə payı və irsi torpağı olmayan Levililər, şəhərlərinizdə olan qəriblər, yetimlər və dul qadınlar qoy gəlib bundan doyunca yesinlər. Belə edin ki, Allahınız Rəbb sizə əlinizin bütün zəhmətinə xeyir-dua versin. Zəminizdə əkini biçən zaman bir dərz unutmusunuzsa, onu götürmək üçün geri qayıtmayın. Qoy o qəribin, yetimin və dul qadının olsun. Onda Allahınız Rəbb ələ götürdüyünüz hər işdə sizə bərəkət verəcək. Əliaçıq bərəkət qazanar, Çünki çörəyindən kasıba paylar. Yoxsula əl tutan möhtac qalmır, Ona məhəl qoymayan lənət qazanır. Ona görə də mən qardaşlardan xahiş etməyə ehtiyac duyuram ki, məndən əvvəl yanınıza gəlib vəd edilmiş bol bəxşişlərinizi qabaqcadan hazır etsinlər. Qoy bu bəxşişlər istismarçılıqla yox, könüllü surətdə hazır olsun. Könülsüz yaxud məcburi yox, hər kəs ürəyinin niyyətinə görə pay versin. Çünki Allah sevinə-sevinə pay verən adamı sevir.
Выбор основного перевода