Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Axı Allahınız Rəbb rəhmli Allahdır. O sizi atmaz, məhv etməz. Atalarınıza andla təsdiq etdiyi əhdi unutmaz. Deyirəm ki, məhəbbətin əbədiyaşardır, Sədaqətin göylər qədər sarsılmazdır. Dedin: «Öz seçdiyimlə əhd kəsmişəm, Qulum Davud üçün belə and içmişəm: O deyir: «Yaqub qəbilələrinin bərpası, İsrailin sağ qalanlarının geri qayıtması üçün Qulum olmağın kifayət deyil. Səni millətlərə nur edəcəyəm ki, Xilasım dünyanın ən uzaq yerlərinə yayılsın». Rəbb gulu İsrailin imdadına çatdı, Ata-babalarımıza vəd etdiyi kimi İbrahimə və onun nəslinə əbədilik Mərhəmət göstərməyi yada saldı». Beləcə ata-babalarımıza mərhəmət göstərib Öz müqəddəs Əhdini xatırladı. Bütün bəşər Allahın xilasını görəcək”». Çünki Rəbbin bizə əmri belə idi: “Səni millətlərə nur etmişəm ki, Xilası dünyanın ən uzaq yerlərinə yayasan”».
Выбор основного перевода